...

NATO baş katibinin Moskvaya işgüzar səfəri başlayır

Dünya xəbərləri Materials 25 Oktyabr 2006 10:50 (UTC +04:00)

Çərşənbə günü NATO baş katibi Yaap de Hoop Sxefferin Moskvaya ikigünlük işgüzar səfəri başlayır.

NATO-nun mətbuat xidmətindən verilən məlumata görə, baş katibin Rusiyanın xarici işlər naziri Sergey Lavrov, RF Təhlükəsizlik Şurasının katibi İqor İvanov, o cümlədən Dövlət Duması nümayəndələri ilə görüşləri planlaşdırılıb. Yüksək səviyyəli ikitərəfli əlaqələri və belə görüşlərin müntəzəm olaraq keçirildiyini nəzərə alaraq, Sxefferin RF müdafiə naziri Sergey İvanovla görüşü nəzərdə tutulmur. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Baş katib və Rusiya rəhbərliyinin nümayəndələri arasında danışıqlar zamanı Əfqanıstanda, Balkanlarda vəziyyət, o cümlədən Rusiya Şurası-NATO çərçivəsində əməkdaşlıq və alyansın transformasiyası ilə bağlı məsələlər müzakirə oluncaq. Bundan başqa NATO baş katibi Xarici və Müdafiə Siyasəti Şurası ilə REA Avropa İnstitutunun birgə iclasında çıxış etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti