...

Məhkəmə Gürcüstan qaz nəqli şirkətinin baş direktoruna iki aylıq həbs cəzası müəyyən edib

Dünya xəbərləri Materials 10 Noyabr 2006 14:00 (UTC +04:00)

Trend-i buradan izləyin

Tiflis Şəhər Məhkəməsi korrupsiya sövdələşməsində ittiham olunan, Gürcüstan qaz nəqli şirkətinin baş direktoru Revaz Uruşadzeyə və həmin şirkətin əməkdaşı Aleksandr Dolidzeyə iki ay müddətində həbs cəzası müəyyən edib.

Trend -in Tiflisdəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu qərar Tiflis Şəhər Məhkəməsinin cinayət işləri üzrə kollegiyası tərəfindən bu gün səhər qəbul olunub. Bu iş üzrə "Avtoqaz" SC-nin direktoru Giorgia Qoqoberidzeyə də iki aylıq ilkin həbs tədbiri seçilmişdi. "Respublika" bankının əməkdaşı Eka Kiladze isə 30 min lari miqdarında girov qoymaqla azadlığa buraxılıb. Korrupsiya sövdələşməsində təqsirli olunanlar 8 noyabrda hüquq mühafizəçiləri tərəfindən saxlanılıb.

Xəbər lenti

Xəbər lenti