...

Gürcüstanın baş naziri: İ.Okruaşvilinin istefası tamamilə gözlənilməz oldu

Dünya xəbərləri Materials 18 Noyabr 2006 13:48 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli İrakli Okruaşvilinin ölkənin iqtisadi inkişaf naziri vəzifəsindən istefa faktını təsdiq edib. "Düzünü desək, mən və prezident üçün bu, tamamilə gözlənilməz oldu. O, (İ.Okruaşvili) mənə istefa ərizəsini göndərib və səbəbini bildirməyib", - deyə baş nazir jurnalistlərə bildirib. Bununla yanaşı, Gürcüstan parlamentinin müxalifət yönümlü deputatlarının bəziləri üçün bu istefa gözlənilən idi. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

O cümlədən, parlamentin "Demokratik cəbhə" müxalifət fraksiyasının liderlərindən biri Zviad Dzidziqurinin sözlərinə görə: "İ.Okruaşvili M.Saakaşvilinin nüfuzlu siyasətçi kimi ondan qurtulduğuna və yalnız bu səbəbdən onun müdafiə naziri vəzifəsindən iqtisadi inkişaf naziri vəzifəsinə keçirdiyini başa düşdüyünə görə istefaya verib".

Onun fraksiya həmkarı Kaxa Kukava əlavə edib ki, "Gürcüstan prezidentindən fərqli olaraq, İ.Okruaşvili - sözünün üstündə duran adamdır və onun mənliyi var". Deputat xatırladıb ki, İ.Okruaşvili yeni 2007-ci ili Tsxinvalidə keçirməyə söz verib, lakin prezident bunu etmək üçün ona imkan verməyib və müdafiə naziri vəzifəsindən kənar edib. K.Kukavanın qeyd etdiyi kimi, prezident söz vermişdi ki, Abxaziya və Cənubi Osetiya ilə bağlı münaqişələr nizamlanmayanadək İ.Okruaşvili Müdafiə Nazirliyinə rəhbərlik edəcək. K.Kukuva İ.Okruaşvilinin istefasının mümkün nəticələrini proqnozlaşdırmağa çətinlik çəkib. "Mən siyasi nəticələrin necə olacağını bilmirəm", - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti