...

Ukrayna 2007-ci ildə uran hasilatı ilə bağlı investisiya layihələrinin realizəsinə başlayacaq

Dünya xəbərləri Materials 14 Dekabr 2006 11:10 (UTC +04:00)

Ukraynanın yanacaq və energetika nazirinin birinci müavini Vadim Çuprun jurnalistlərə bildirib ki, Ukrayna 2007-ci ildə uran hasilatı ilə bağlı investisiya layihələrinin realizəsinə başlayacaq.

Onun sözlərinə görə, söhbət Kirovoqrad vilayətindəki bir neçə yataqdan, o cümlədən Novokonstantinovski mədənindən gedir. Bu barədə "RBK" agentliyinə istinadən Trend bildirir.

Nazirlik rəhbərliyinin fikrincə, uranın qiymətinin artması bu sahəyə vəsait yatırmağı cəlbedici edir. Bundan başqa, Rusiyaya aid Anqarskda uranın zənginləşdirilməsi üzrə beynəlxalq mərkəzin işində Ukraynanın iştirak etmək məsələsi də nəzərdən keçirilir.

Ümumilikdə Ukraynanın yanacaq-energetika kompleksi 2007-ci ildə investisiya layihələri üçün 700 mln. dollar kredit ayırmaq fikrindədir. Yaxın 3-4 il üçün kredit portfeli 5,3 mlrd. dollar həcmində qiymətləndirilir. Maliyyələşmə üçün artıq 35 perspektivli layihə seçilib.

Xəbər lenti

Xəbər lenti