...

Gürcüstanın XİN başçısı: Rusiya prezidentinin Gürcüstana səfərinin təşkili üzrə işlər görülmür

Dünya xəbərləri Materials 26 Dekabr 2006 16:22 (UTC +04:00)

Bu mərhələdə Rusiya prezidentinin Gürcüstan səfərinin təşkili üzrə işlər görülmür. Bu gün Gürcüstanın XİN başçısı Gela Bejuaşvili yekun mətbuat konfransında bildirib ki, bunun üçün "müvafiq siyasi şərait" yaranmalıdır.

Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, onun sözlərinə görə, Gürcüstan Rusiya prezidenti Vladimir Putini rəsmi səfərlə qəbul etməyə hazırdır, halbuki hazırda belə imkan hələ müzakirə edilmir.

"Bu təklif bizim tərəfimizdən irəli sürülüb. Biz qonşu ölkənin prezidentinin Gürcüstana gəlməsinə hazırıq və bunda maraqlıyıq. Rusiya prezidenti uzun müddətdir ki, Gürcüstanda olmayıb", - deyə Gürcüstanın XİN başçısı bildirib. Bejuaşvili vurğulayıb ki, Gürcüstan Putini Tbilisidə görməyə "şad olardı". "Biz göstərmək istəyirik ki, Gürcüstan Rusiya KİV-lərinin məqsədyönlu şəkildə təqdim etdikləri ölkə deyil", - deyə Gela Bejuaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti