...

İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin görüşü keçiriləcək

Dünya xəbərləri Materials 27 Dekabr 2006 11:01 (UTC +04:00)

İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin görüşü keçiriləcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər bildirib. O qeyd edib ki, qaz sahəsində səlahiyyətli nazirlərin görüşü Gürcüstanın "Şah dəniz" yatağından əlavə qaz tələbləri ilə bağlıdır.

Trend in Ankaradakı müxbiri xəbər verir ki, bu məqsədlə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri İstanbulda görüşəcək.

Nazirin fikrincə, Türkiyə Avropa İttifaqı ilə müqayisədə qaz və elektrik enerjisi sahəsində ən ucuz qiymətlərə malik ölkədir və Türkiyə Avropa və Yaxın Şərqə dünyanın enerji dəhlizidir.

Xəbər lenti

Xəbər lenti