...

V.Putin Moskva şəhəri BDİİ rəisinin müavinini vəzifədən azad edib

Dünya xəbərləri Materials 9 Yanvar 2007 17:18 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin verdiyi fərmanla Moskva şəhəri BDİİ rəisinin müavini Vladimir Popovu tutduğu vəzifədən azad edib. Bu barədə Rusiyanın dövlət başçısının mətbuat xidməti məlumat verib.

Bundan başqa, Sankt-Peterburq və Leninqrad vilayəti BDİİ rəis müavini Boris Donov və həmin idarənin kadrlar idarəsinin rəisi Fedor Berestovoy tutduğu vəzifədən azad olunublar. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

RF prezidenti eyni sərəncamla milis polkovniki Vasiliy Romanitsanı RF DİN nəqliyyatda nizam-intizamın təmin olunması departamentinin rəis müavini təyin edib. Əvvəl V.Romanitsa "Domodedovo" kompleksinin nizami daxili işlər şöbəsinin rəisi vəzifəsini tuturdu.

Xəbər lenti

Xəbər lenti