...

İspaniyalı həkimlər bildirirlər ki, Fidel Kastro ağır vəziyyətdədir

Dünya xəbərləri Materials 16 Yanvar 2007 15:40 (UTC +04:00)

Kuba lideri Fidel Kastro ağır vəziyyətdədir. İspaniyalı həkimlərə istinadən bu barədə bu gün "Pais" qəzeti yazıb. Həkimlərin fikrincə, Kastro infeksiyanın törətdiyi peritonitə yoluxub.

Kuba Xarici İşlər Nazirliyinin nümayəndəsi anonim qalmaq şərtilə bildirib ki, Kastronun əməliyyatdan sonrakı tikişləri sağalmır, ona görə də daim cərrahların müdaxiləsinə ehtiyac olur. Bunu "İTAR-TASS" a istinadən Trend bildirir.

Diplomatın sözlərinə görə, dekabr ayında tikişlərlə problem üzündən Kastronu 7 dəfə əməliyyat stoluna qoyublar. Lakin həmin mənbə Kuba liderinin xərçəng xəstəliyinə tutulması barədə informasiyanı təkzib edib.

Xəbər lenti

Xəbər lenti