...

Cənubi Koreyada quş fabriklərindən birində "quş qripi" aşkar edilib

Dünya xəbərləri Materials 20 Yanvar 2007 10:25 (UTC +04:00)

Cənubi Koreyada quş fabriklərindən birində "quş qripi" aşkar edilib. Koreya Respublikası hökuməti xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə quş fabrikində 386 min toyuq qırdığı barədə məlumat verib. "Quş qripi" Seuldan 92 km cənubda yerləşən quş fabrikində aşkar edilib.

"RBK"ya istinadən Trend xəbər verir ki, 2006-cı ilin noyabrından etibarən Cənubi Koreyada "quş qripi" faktının aşkarlanmasının 5-ci faktıdır.

"Associated Press" xəbər verir ki, epidemoloqlar hələ müəyyən etməlidirlər ki, aşkar edilən virus insan üçün təhlükəli olan H5N1 virusudur, ya yox.

Xəbər lenti

Xəbər lenti