...

Qazaxıstan prezidentinin şərəf və ləyaqətini təhqir etməkdə ittiham olunan jurnalist şərti olaraq mühakimə olunub

Dünya xəbərləri Materials 22 Yanvar 2007 19:13 (UTC +04:00)

Almatanın Bostandık rayon məhkəməsi bazar ertəsi jurnalist Kazis Toquzbayevi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəf və ləyaqətini təhqir etməkdə təqsirli bilib və şərti olaraq iki il sınaq müddətilə onu iki il azadlıqdan məhrum edib. Bu barədə "Alqa!" ("İrəli!") qeydiyyata alınmamış müxalifət partiyası məlumat verib.

Onlar tərəfindən yayılmıvş press relizdə deyilir ki, K. Toquzbekova qarşı cinayət işi Respublikanın milli təhlükəsizlik Komitəsi tərəfindən 2006-cı ilin iyunundan ölkənin cinayət məcəllləsinin 318

Ci maddəsinin ikinci bəndinə görə (respublika prezidentinin şərəf və ləyaqətinə qəsd və onun fəaliyyətinə maneçilik) qaldırılıb.

Cinayət işi qaldırılması üçün jurnalistin ötən ilin aprelində internet-portalların birində yerləşdirilmiş iki məqaləsi səbəb olub. Bu məqalələr 2006-cı ilin fevralında Almata yaxınlığında məşhur müxaliətçi siyasətçi Altınbek Sarsenbayulun və onun iki köməkçisinin ölümü ilə bağlı Qazaxıstan prezidentinin tənqidinə həsr olunub. Bu barədə Trend Qazaxıstan İnterfaksa istinadən xəbər verib.

K. Toquzbayevin məhkəmə prosesi üç ay çəkib.

Xəbər lenti

Xəbər lenti