...

Ukrayna və Avropa Komissiyası nəqliyyat sahəsində əməkdaşlıq üçün işçi qrupu yaradacaq

Dünya xəbərləri Materials 30 Yanvar 2007 19:58 (UTC +04:00)

Ukrayna və Avropa Komissiyası nəqliyyat sahəsində əməkdaşlıq üçün işçi qrupu yaradacaq.

Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına görə, Ukraynanın baş nazir müavini Andrey Klyuyev bu gün Brüsseldə jurnalistlərə bildirib ki, bu müvafiq razılıq onun Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat sahəsi üzrə səlahiyyətlisi Jak Barro ilə görüşündə əldə olunub.

"Biz Avropa Parlamentinin nəqliyyat üzrə komissiyası ilə birgə Avropa Komissiyasının nəqliyyat üzrə, Ukraynanın Nəqliyyat Nazirliyinin nümayəndələrinin olduğu işçi qruppu yaradacağıq və müzakirə etdiyimiz bütün layihələri biz həyata keçirmişik", deyə Klyuyev bildirib.

O, qeyd edib ki, görüşün gedişində təfsilatı ilə avtomobil yollarının tikintisi, dəniz limanlarının və aviasiya rabitəsinin inkişafı layihələri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti