...

HƏMAS və "Fəth" girov saxlanan bütün şəxsləri azad edib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 16:11 (UTC +04:00)

Bir-biri ilə mübarizə aparan Fələnstin qruplaşmaları HƏMAS və "Fəth" son günlərdə girov götürülən bütün şəxsləri azad edib.

HƏMAS-ın 20 tərəfdaşı və "Fəth"in 18 üzvü azadlığa çıxıb.

Bazar ertəsi Misirin vasitəçiliyi ilə HƏMAS və "Fəth" sülh sazişi bağlayıblar. Bu barədə Trend www.svabodanews.com saytına istinadən xəbər verir.

Cümə axşamından bu qruplaşmaların hərbçiləri arasında qarşıdurmalarda ən azı 30 fələstinli həlak olub. Qruplaşmaların mübarizəsi Fələstin muxtariyyatının milli vəhdət hökumətinin yaradılması haqqında danışıqların pozulmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti