...

Britaniya polisi A.Litviyenkonun qətli haqqında işi prokurorluğa göndərib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 19:16 (UTC +04:00)

Britaniya polisi keçmiş FTX zabiti Aleksandr Litviyenkonun qətli haqqında işi prokurorluğa göndərib. Bu barədə (c) Reuters polisin bəyanatına istinadən xəbər verir.

Eyni zamanda polis prokurorluğa göndərilən işdə hər hansı şəxslərə qarşı ittihamın irəli sürülməsi haqqında tövsiyyələrin olub-olmamasını dəqiqləşdirməyib. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

A.Litviyenko 23 noyabr 2006-cı il tarixində Londonda polonium-210 radioaktiv izotopun ölümcül dozasından zəhərlənmə nəticəsində vəfat edib.

Xəbər lenti

Xəbər lenti