...

Ukrayna və Rusiya Moskva-Kiyev və Moskva-Simferopol avtobanlarının tikintisi üzrə niyyət protokolu imzalayıblar

Dünya xəbərləri Materials 3 Fevral 2007 12:21 (UTC +04:00)

Ukraynanın Dövlət avtomobil yolları xidməti və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin Federal yol agentliyi Moskva -Kiyev və Moskva-Simferopol avtobanlarının inkişafı üzrə niyyət protokolu imzalayıblar.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, Ukraynanın nəqliyyat və rabitə naziri Nikolay Rudkovski jurnalistlərə verdiyi şərhdə bildirib ki, Ukrayna tərəfdən Kiyev-Moskva avtobanının təkmilləşdirilməsi 2008-ci ildə başa çatacaq.

Rusiyanın nəqliyyat naziri İqor Livitinin sözlərinə görə, Rusiya tərəfdən Kyev-Moskva yolunun yenidən qurulması və təkmilləşdirilməsi Moskva vilayətinə qədər yerinə yetirilib, sonra Kaluqa və Bryansk vilayətlərinə qədər yenidən qurulma işləri aparılacaq və yenidən qurulma işlərindən sonra bu, birinci kateqoriyalı yol - avtoban olacaq.

Xəbər lenti

Xəbər lenti