...

2007-ci ilin yanvar ayında Ukraynda işsizliyin rəsmi səviyyəsi 0,1%-dən 2,8%-ə yüksəlib

Dünya xəbərləri Materials 22 Fevral 2007 11:00 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitskiy/ 2007-ci ilin yanvar ayında Ukraynda işsizliyin rəsmi səviyyəsi 0,1%-dən 2,8%-ə yüksəlib. Bu barədə Ukrayna Dövlət Statistika Komitəsi məlumat verib.

Trend in Kiyevdəki müxbiri xəbər verir ki, Ukrayna Dövlət Məşğüllüq İdarəsi tərəfindən 2007-ci il fevralın 1-i üçün 0,823 mln. işsiz qeydiyyata alınıb.

Dövlət komitəsinin məlumatına əsasən, 2007-ci ilin yanvarında dövlət işsizlərə 128,3 mln. qrn. (25,6 mln. dol.) həcmində yardım ayırıb. Bu yadımı 483,4 min işsiz alıb. 2007-ci ilin yanvarında işsizliyə görə müavinətin orta həcmi 265,51 qrn. (təxminən 53,1 dol.) olub.

Xəbər lenti

Xəbər lenti