...

Vetnamda quş fermasında "Quş qripi" işartıları qeyd edilib

Dünya xəbərləri Materials 9 Mart 2007 14:06 (UTC +04:00)

Vetnamda quş fermasında "Quş qripi" işartıları qeyd edilib. Mekonq çayının deltasındakı fermada 100-ə yaxın ördək ölüb. (C) Associated Press -in xəbərinə görə, analizlər göstərib ki, buna səbəb H5N1 virusudur. Bununla əlaqədər yerli hökumət fermada olan 500 quşun da məhv edilməsi barədə qərar qəbul edib.

RBK .-nın məlumatına görə, Vyetnamın baytarlıq idarəsi əməkdəşının sözlərinə görə, ördəklər təhlükəli virusdan peyvənd edilməyiblər. "Biz bütün fermerlərdən quşları peyvənd etmələrini tələb edirik, ancaq çoxları bu tələbə məhəl qoymur", - deyə baytar bildirib.

Xəbər lenti

Xəbər lenti