...

"Anadarko" şirkəti Gürcüstanda yeni tərəfdaş axtarır

Dünya xəbərləri Materials 12 Mart 2007 15:30 (UTC +04:00)

Gürcüstan, Tiflis / Trend müxbir N.Kirçixalia/ "Anadarko" şirkəti konsorsium yaratmaq məqsədilə Gürcüstanda tərəfdaş axtarışlarını davam etdirir. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

"Anadarko" şirkətindən verilən məlumata görə neft və qazla bağlı isl?rin görülməsilə əlaqədar birgə konsorsium yaradacaq şirkətin axtarışları martın 29-na qədər uzadılıb.

Şirkət Gürcüsatanın qərbinə Qara dənizin bu ölkəyə məxsus şelf zolağında 3-m, 2-b və 2-a neft bloklarında qazma əməliyyatları aparmaq üçün lisenziyaya malikdir.

Geoloji kəşfiyyatın nəticələrinə əsasən demək olar ki, Qara dənizin Gürcüstan hövzəsində kifayət qədər çox (təqribən 1-3 mlrd. ton) neft və qaz ehtiyatları mövcuddur. "Anadarko" 7 ildir ki, bu ölkədə fəaliyyət göstərir.

Şirkətdən Trend ə verilən məlumata görə, şirkətin əvvəlki tərəfdaşı BP olub. Hazırda isə "Anadarko" tərəfdaşı olmadan belə riskli işə başlamaq istəmir.

Xəbər lenti

Xəbər lenti