...

Ukrayna aprel ayında Bolqarıstana kömür ixracına başlayacaq

Dünya xəbərləri Materials 15 Mart 2007 18:06 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitskiy/ Ukrayna aprel ayında Bolqarıstana kömür ixracına başlayacaq. Bu barədə Ukraynanın kömür sənayesi naziri Sergey Tulub jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, apreldə Bolqarıstana ilk 100 min ton kömür məhsullarının ixracı planlaşdırılır.

Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına görə, nazir deyib: "İlk yoxlama hissəsindən sonra ixracın həcmi ayda 130-150 min tonadək artırılacaq". Bunu da qeyd edib ki, daxili bazarda kömür məhsullarının azalması ərəfəsində Bolqarıstan Ukraynadan 800 min ton kömür ala bilər.

Bununla bağlı nazir qeyd edib ki, ixracın həcmi Ukraynada kömür balansına təsir etməyəcək, beləliklə, bu məhsulun hasilatının 2007-ci ildə 2.7 mln. ton artırılmısı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti