...

"Urban" türk şirkəti Gürcüstanda yeni SES tikəcək

Dünya xəbərləri Materials 23 Mart 2007 14:03 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirçixaliya/ Yaxın zamanlarda Gürcüstan hökuməti və "Urban" türk şirkətlər qrupu arasında energetika sahəsində əməkdaşlığa dair razılaşma rəsmiləşdiriləcək. Gürcüstanın energetika naziri Nika Qilaurinin jurnalistlərə verdiyi məlumata görə, razılaşma yeni elektrik istehsalı müəssisəsinin yaradılması layihəsini nəzərdə tutacaq.

Ilkin danışıqlara görə, türk şirkəti öz üzərinə yeni su elektrik stansiyasının tikintisini götürəcək. Paravani çayı (Samsxe-Cavexetiya regionu, Cənubi Gürcüstan) üzərində tikiləcək stansiyanın gücü 80 meqavatt olacaq.

"Artıq razılıq əldə olunub və yaxın zamanlarda bu rəsmiləşdiriləcək. Biz neft və qaz yataqlarına malik deyilik, ancaq hidro resurslarımız var və biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Bununla yanaşı, regional əməkdaşlıq prioritetləri sırasında Azərbaycan və Türkiyə ilə enerji sistemimizi birləşdirəcək yüksək gərginlikli elektrik xətlərinin çəkilişi və "Transqafqaz təşəbbüsü"nün həyata keçirilməsi də var.

Xatırladaq ki, "Urban" türk şirkətlər qrupunun törəmə müəssisəsi "TAV Urban Georgia" MMC son zamanlar Gürcüstanın iki hava nəqliyyatı obyektində - "Tiflis Beynəlxalq Hava Limanı" və "Batumi Beynəlxalq Hava Limanı"nda yenidənqurma və inzibati işləri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti