...

İran ABŞ və İsrailin hücumundan ehtiyatlanaraq AEBA ilə əməkdaşlıqdan imtina edib

Dünya xəbərləri Materials 31 Mart 2007 12:02 (UTC +04:00)

İran ABŞ və İzrail tərəfindən hüsuma məruz qalmaqdan ehtiyatlanaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıqdan imtina edib. Bu barədə İran hökumətinin Vyanada AEBA-nın mənzil qərargahında yayılan məktubunda deyilir. Associated Press-in RBK-ya istinadən verdiyi məlumata görə, agentlik İran hökumətinə belə bir məktub göndərib ki, agetliklə əməkdaşlıqdan imtina etməklə Tehran 35 ölkənin daxil olduğu təşkilatla münaqişəyə girməyi qərara alır .

Bu il mart ayının 25-də İran elan edib ki, BMT sanksiyalarını həyata keçirməsilə əlaqədar olaraq AEBA ilə əməkdaşlığını məhdudlaşdırmaq barədə qərar qəbul edib. İran hökymətinin mətbuat katibi Qulamhüseyn Elxamın bildirdiyinə görə, İrana qarşı qəbul edilən bu qeyri-leqal sərəncam hökuməti agentliklə əməkdaşlıq əlaqalarində parlamentin qərarına əsasən hərəkət etməyə və agentliklə qarşılıqlı əlaqələri dayandırmağa vadar edir . Elxam eyni zamanda deyib ki, İran öz qərarına yenidən baxmağa bu şərtlə hazırdır ki, onun nüvə dosyesi BMT Təhlükəsizlik Şurasından AEBA-ya qaytarılsın.

Xəbər lenti

Xəbər lenti