...

RF XİN və LUKOYL bu gün əməkdaşlıq barədə müqavilə imzalayıblar

Dünya xəbərləri Materials 2 Aprel 2007 18:00 (UTC +04:00)

"LUKOYL" MMC prezidenti Vaqit Əlakbərov və RF XİN başçısı Serqey Lavrov bu gün Moskvada şirkət və müəssisələrarası əməkdaşlıq barədə müqavilə imzalayıblar. RBK .-nın məlumatına görə, imzalanma mərasiminin sonunda keçirilən mətbuat konfransında RF-nın xarici işlər naziri qeyd edib ki, müqavilədə informasiya mübadiləsi və LUKOYL-un xaricdə böyük layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Ələkbərovun sözlərinə görə, şirkət yeni regiona çıxmağı planlaşdırır. "Xüsusilə də, biz İraqda layihə həyata keçirməyə fəal hazırlaşırıq"-deyə Ələkbərov qeyd edib. LUKOYL-un başçısı belə hesab edir ki, bu işdə XİN-in köməyi çox vacib olacaq.

Xəbər lenti

Xəbər lenti