...

Ramzan Kadırov Çeçenistan Respublikasının prezidenti kimi and içib

Dünya xəbərləri Materials 5 Aprel 2007 15:18 (UTC +04:00)
Ramzan Kadırov Çeçenistan Respublikasının prezidenti kimi and içib

Rusiya,Qudermes/müxbir Trend R.Ağayev/Cümə axşamı günü Çeçenistan Respublikasının (ÇR) yeni prezidenti Ramzan Kadırovun təntənəli inauqurasiya mərasimi keçirilib. Trend in Çeçenistandakı xüsusi müxbirinin məlumatına əsasən, rəsmi mərasim prezidentin Qudermesdəki şəhərkənarı iqamətgahında baş tutub.

Respublikanın yeni rəhbəri ÇR Konstitusiyasnın 64-cü maddəsinə əsasən, rus dilində Konstitusiyaya and içib. "Çeçenistan Respublikasının prezidentlik səlahiyyətinin həyata keçirilməsində insan və vətəndaşların hüquq və azadlıqlarına hörmət etməyə, qorumağa, ÇR-in çoxmillətli xalqının hüquqlarını müdafiə etməyə və ona sadiq olaraq xidmət etməyə, ÇR-in Konstitusiyasını müdafiə etməyə and içirəm", - deyə R.Kadırov bəyan edib. O həmçinin Çeçenistanın Rusiyanın təkibində olduğunu və heç zaman bu yoldan çəkinməyəcəyini bəyan edib.

Yeni prezidenti təbrik etmək üçün Rusiya və Çeçenistanın dövlət orqanlarının, təşkilat, müəssisə, idarələrin rəhbərləri və ruhanilər gəlib. Ümumilikdə inauqurasiya mərasimində 1500-dən çox insan iştirak edib, həmçinin RF və MDB dövlətlərinin nümayəndələri iştirak edib.

Mərasimdə Rusiya prezidenti Vladimir Putinin təbriki oxunub. Rusiya prezidentinin Cənub Federal Dairsəindəki səlahiyyətli nümayəndəsi Dmitri Kozak çıxış edib və Çeçenistanın yeni rəhbərinə prezident ştandartı, Çeçenistan Respublikası prezidentinin şəhadətnaməsini, həmçinin Rusiya Federasiyasının Dövlət Şurası üzvlüyünün şəhadətnaməsini təqdim edib.

Mərasimdən sonra RF-dən olan incəsənət xadimlərinin təntənələi konserti keçiriləcək.

Xəbər lenti

Xəbər lenti