...

Gürcüstan prezidenti 24-26 apreldə Böyük Britaniyada səfərdə olacaq

Dünya xəbərləri Materials 19 Aprel 2007 18:03 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstan prezidenti Mixail Saakaşvili 24-26 aprel tarixində rəsmi səfərlə Böyük Britaniyaya gedəcək. Prezident administrasiyasından verilən məlumat görə, Mixail Saakaşvili Britaniyanın baş naziri Toni Bleyerlə görüşəcək.

Səfərin təfərrüatları barədə heç bir məlumat verilmir. Administrasiyadan bildirilib ki, hazırda görüşün razılaşdırılması prosesi gedir. Həmçinin Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüş hazırlanır.

Gürcüstan prezidentini onun həyat yoldaşı Sandra Rulovs müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti