...

Azərbaycan –Gürcüstan sərhədindəki əhali öz evlərini tərk edir

Dünya xəbərləri Materials 7 İyun 2007 16:55 (UTC +04:00)

Gürcüçstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Azərbaycan -Gürcüstan sərhədindəki əhali öz evlərini tərk etmək məcburiyyətindədir. Samtatskaro kəndini Xereti ilə birəşdirən körpünün bağlanmasından sonra insanların həyat tərzi pisləşib. İnsan hüquqları üzrə İnformasiya - Sənədləşdirmə mərkəzindən verilən məlumata görə, statistikaya əsasən, artıq iş dalınca Türkiyə, Azərbaycan və İraqa üz tutmağa başlayıblar. Eyni hal Sinqax rayonunun Ərsimədi kəndində də müşahidə olunur. Körpü maliyyə polisinin və ticarət departamentinin 31 dekabr 2005-ci il tarixli qərarı ilə bağlanıb.

İngiloylar insan hüquqları üzrə mərkəzin köməyi ilə iddia qaldırıblar, iş üzrə məhkəmə prosesi isə 11 iyun saat 13:00 -da keçiriləcək. Ağır iqtisadi və sosial vəziyyətdə olan kəndlilər üzüm sahələrinin qayğısına qalmaq üçün bankdan kredit götürüblər, halbuki bu günə qədər 2005-2006-cı illərdə satılan üzümdən heç nə əldə etməyiblər. "Standartbank"ın Dedopliskaroda yerləşən filialı alınan kreditlərin qaytarılması iddiası ilə məhkəkəyə müraciət edib. Məhkəmə bankın iddiasını təmin edib, 11 iyun tarixində kəndlilərin mülkiyyətinin, yəni ev və üzüm sahələrinin satılacağı auksion keçiriləcək. Mülkiyyətin yarısı artıq auksion vasitəsilə satılıb. Əhali hökuməti laqeydlikdə günahlandırır və vədinin yerinə yetirilməsini tələb edir. Onların sözlərinə görə, tərk olunmuş yerləri Azərbaycan sərhədini keçmiş çobanlar tutub. İnsan hüquqları üzrə mərkəzin məlumatına görə, anoloji vəziyyət digər sərhəd rayonlarında da mövcuddur. Mərkəz əlaqədar orqanların bu məsələyə cavab verməsini və çıxılmaz vəziyyətlə üzləşən kənd əhalisinin probleminin həllini tələb edir.

Xəbər lenti

Xəbər lenti