...

Bu gün Ümumdünya Qaçqınlar Günüdür

Dünya xəbərləri Materials 20 İyun 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun/müx. "TrendLife" Fərid Sadıqov/ BMT-nin qərarı ilə 2000-ci ildən etibarən hər il iyunun 20-si dünyada Ümumdünya Qaçqınlar günü kimi qeyd edilir. Beynəlxalq təşkilatın məlumatına görə, hazırda dünyada 40 milyondan çox qaçqın və məcburi köçkün var.

Dünyada olan qaçqın və məcburi köçkünlərin 1 milyonu Azərbaycanın payına düşür.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda ölkəmizdəki qaçqın və məcbüri köçkünlərin 146 mininə BMT-nin Ərzaq Proqramı, 140 mininə isə Azərbaycan hökuməti tərəfindən yardım göstərilir.

İndi ölkədə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir.

Qeyd edək ki, bu gün günün sonunda M.Maqomayev adına Dövlət Filarmoniyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə hökumət rəsmilərilə yanaşı Azərbaycandakı xarici səfirliklərin nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti