...

Avropa Şurasının baş katibi: AŞ BMT Təhlükəsizlik Şurasının Kosovo statusu ilə bağlı istənilən qərarını dəstəkləyəcək

Dünya xəbərləri Materials 26 İyun 2007 15:49 (UTC +04:00)
Avropa Şurasının baş katibi: AŞ BMT Təhlükəsizlik Şurasının Kosovo statusu ilə bağlı istənilən qərarını dəstəkləyəcək

Avropa Şurası BMT Təhlükəsizlik Şurasının Kosovo statusu ilə bağlı istənilən qərarını dəstəkləyəcək. Bunu Avropa Şurasının baş katibi Terri Devis bəyan edib. ("Ria-Novosti")

"Kosovo ilə bağlı məsələ Nyu-Yorkda həll olunur. Biz buna hörmətlə yanaşırıq və BMT Təhlükəsizlik Şurasının qərarlarını dəstəkləyirik" - deyə Devis Strasburqdakı brifinqdə deyib.

1999-cu ildən Kosovo formal olaraq Serbiya tərkibində qalaraq BMT tərəfindən idarə olunur. Kosovonun taleyi ilə bağlı yekun qərar Rusiyanın veto hüququna malik BMT Təhlükəsizlik Şurası qəbul edəcək.

BMT Təhlükəsizlik Şurası ötən cümə qətnamə layihəsi ilə bağlı qapalı müzakirələrə başlayıb. Bu qətnamə Belqrad və Priştina arasındakı danışıqlardan 120 gün sonra avtomatik olaraq Kosovaya müstəqiliyin verilməsini nəzərdə tutur.

Böyük Britaniya, ABŞ və Fransa tərəfindən təqdim olunan layihə bu ilin yazında BMT baş katibinin bu problem üzrə xüsusi nümayəndəsi Marti Axtisaarinin təqdim etdiyi plana əsaslanır və Kosovoya Belqradın razılığı olmadan müstəqiliyin verilməsini nəzərdə tutur.

Moskva əvvələr də bu mövqeyi dəstəkləməyib. Rusiya hesab edir ki, Kosovonun statusu ilə bağlı qərar vaxt məhdudiyyəti qoyulmadan bütün maraqlı tərəflərin maraqları nəzərə alınmaq şərti ilə qəbul edilməlidir.

Devis xatırladıb ki, bu ilin yanvarında AŞ PA Kosovonun statusu ətrafındakı vəziyyətlə bağlı hesabata baxmalı idi. Sənəd müzakirə olunarkən məsələnin təxirə salınması haqda qərar verildi. Çünki BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı işə başlamamışdır.

"Kosovonun statusu ilə bağlı qərarın mahiyyətindən asılı olmayaraq bu bölgə Avropanın hissəsi olaraq qalır" - deyə Devis vurğulayıb.

AŞ PA-nın yay sessiyası zamanı keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq Cinayət Tribunalının yurisdiksiyasına düşən cinayətlərə dair hesabat dinləniləcək. Müzakirələr zamanı tribunalın baş prokuroru Karl del Ponte çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti