...

"Bazar" verilişinin eks-komandası toyda birləşdi (FOTO)

Mədəniyyət Materials 24 İyun 2011 19:43 (UTC +04:00)
Space TV-də yayımlan "Bazar" maqazin verilişini illər öncə birgə yaradan, indi isə karyeralarını ayrı-ayrılıqda davam etdirən peşəkar komandanın bir neçə üzvü - rejissor Aynurə Tahirqızı, aparıcı Tural Əsədov, tele-jurnalistlər Ceyran Nəriman və Arzu Əsgərqızı təşkil olunan toy məclislərinin birində bir araya gəldilər.
"Bazar" verilişinin eks-komandası toyda birləşdi (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Space TV-də yayımlan "Bazar" maqazin verilişini illər öncə birgə yaradan, indi isə karyeralarını ayrı-ayrılıqda davam etdirən peşəkar komandanın bir neçə üzvü - rejissor Aynurə Tahirqızı, aparıcı Tural Əsədov, tele-jurnalistlər Ceyran Nəriman və Arzu Əsgərqızı təşkil olunan toy məclislərinin birində bir araya gəldilər. Trend-in fotokamerası mehriban dostları süfrə arxasında yaxaladı və onlar keçmiş günlərini yada salıb, sanki çəkiliş meydançasındaymış kimi bizə baxıb gülümsədilər. Masa arxasında ən çox keçmişə səyahət edən, ipə-sapa yatmayan xarakterə malik Tural Əsədov oldu. Hər üç xanım dostu ilə doyunca deyib-gülən tele-aparıcı, nədənsə öz toyunun nə vaxt olacağı barədə bir söz demədi.

Ailə qurması ilə əlaqədar hazırda analıq məzuniyyətində olan Arzu isə durmadan Tural, Aynurə və Ceyran üçlüyünün şərəfinə xoş sözlər deyib, onlara tezliklə subaylığın daşını atmağı məsləhət görürdü. "İstəyirəm ki, başda üç dostum olmaqla, bütün jurnalistlər mənim kimi xoşbəxt ailəyə sahib olsunlar. İnşallah ki, tezliklə Allah məni bu arzuma çatdırar", - Arzu belə dedi.

Hazırda Lider TV-də yayımlanan "Rəngarəng" verilişini ərsəyə gətirən Aynurə Tahirqızı eks "Bazar" kollektivi ilə yenidən maraqlı tele-layihə ərsəyə gətirmək planının olduğunu açıqladı. "Əsas odur ki, biz həyatda dostluğumuzu davam etdiririk. Tamaşaçılar bizdən daim yeniliklər gözləyirlər. Bu səbəbdən yeni televiziya mövsümündə dostum Turalla birgə iş görmək haqqında düşünürük", - Aynurə dedi.

"Ceyn production"a rəhbərlik edən Ceyran Nəriman isə iş yoldaşından çox, doğmaları kimi hesab etdiyi komandanın şərəfinə yaxın günlərdə daha bir məclis təşkil edəcəyini elan etdi. "Əslində bir yerə yığışmaq üçün o qədər bəhanəmiz olur ki. Bu gün toyda görüşdük, iki gündən sonra Silahlı Qüvvələr Günü təkrar bir yerə toplaşacağıq. Niyə? Qoy bu kiçik bir sirr qalsın", - Ceyran dedi.

Ceyranın kiçik sirr saxladığı xəbəri isə biz dəqiqləşdirdik. Belə ki, 26 iyun tarixində növbəti doğum gününü qeyd edəcək Aynurə Tahirqızı üçün dostları fərqli bir məclis təşkil edəcəklər. İki gün öncədən olsa da biz işinin peşəkarı olan Aynurə xanımı təbrik edir və həyatında hər şeyin gözəl və verilişinin adında deyildiyi kimi, rəngarəng olmasını arzulayırıq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti