...

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı Azərbaycanda olacaq

Mədəniyyət Materials 20 Oktyabr 2016 12:47 (UTC +04:00)
2018-ci ildə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Konfransı “Qalaaltı” kurort mərkəzində keçiriləcək.
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı Azərbaycanda olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

2018-ci ildə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Konfransı Azərbaycanda keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 19-20 oktyabr 2016-cı il tarixində İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransında 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsi səsə qoyulub.

Konfransda gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olmuş və bu ali tədbirin 2018-ci ilin may ayında məhz “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti