...

Ekspert: Aİ Cənubi Qafqazda münaqişələrin həllinə daha fəal cəlb olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2016 18:03 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda münaqişələrin həllinə daha fəal cəlb olunmalıdır.
Ekspert: Aİ Cənubi Qafqazda münaqişələrin həllinə daha fəal cəlb olunmalıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda münaqişələrin həllinə daha fəal cəlb olunmalıdır. Bu barədə Trend-ə "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun sədri Matias Dornfelt deyib.

Onun sözlərinə görə, Aİ Brüsseldə ali nümayəndə Federika Moqerininin iştirakı ilə danışıqları ən yüksək səviyyədə təşkil edə bilər.

Ekspert hesab edir ki, ATƏT-in fəaliyyətdə olan sədri Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal iştirak edə bilər: "Almaniya qeyri-rəsmi görüşlər təşkil etmək yolu ilə tərəflərin mövqeyini yaxınlaşdıra, eləcə də Berlində Almaniya Federativ hökumətinin iştirakı ilə rəsmi görüşlər təşkil edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti