...

Azərbaycan Parlamentinin deputatı Gürcüstanın Marneuli rayonundakı məktəbin açılışında iştirak edib

Siyasət Materials 9 Noyabr 2009 18:42 (UTC +04:00)
Gürcüstanın təhsil naziri Nika Qvaramiya azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunun Alqeti kəndində yeni məktəbin açılış mərasimində iştirak edib.
Azərbaycan Parlamentinin deputatı Gürcüstanın Marneuli rayonundakı məktəbin açılışında iştirak edib

Gürcüstan, Tbilisi, 09 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın təhsil naziri Nika Qvaramiya azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunun Alqeti kəndində yeni məktəbin açılış mərasimində iştirak edib.

Mərasimdə həmçinin Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva da iştirak edib.

Alqetinin ikinci məktəbində təxminən 250 şagird müasir standardlara cavab verən şərtlərlə dərs alacaq. Məktəb 2009-cu ildə prezidentin "Yakob Qoqebaşvili" meqa-proqramı çərçivəsində tikilib və 365 000 lari sərf edilib.

Yeni məktəb müasir parta, yazı taxtası, kompüter və idman avadanlıqları ilə təhciz edilib.

Nika Qvaramiya 18 məzuna qızıl və gümüş medal verib və "mənim birinci kompüterim" milli proqramı çərçivəsində 21 əlaçıya personal kompüter hədiyyə edib.

2009-cu il ərzində Marneuli bələdiyyəsi "Yakob Qoqebaşvili" meqa-proqramı çərçivəsində Alqetidə 2 nömrəli məktəbin tikintisinə, Marneulidəki 5 nömrəli məktəbin təmir edilməsinə, Şaumyandakı 2 nömrəli məktəbin istilik sistemi ilə təhciz olunmasına, Marneulidəki 2 nömrəli məktəbə əlavə binanın tikilməsi və istilik sistemi ilə təhciz edilməsinə 564 295 lari sərf edib.

2010-cu ildə Təhsil və Elm İnfrastrukturlarının İnkişafı Agentliyi Marneuli rayonunun Axali Dioknisi kəndində məktəb inşa edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti