Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Azərbaycan Parlamentinin deputatları dekabrın 4-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərı müşahidə edəcək.
Milli Məclisin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının, deputatlar Sabir Hacıyev, Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcəklər. Millət vəkilləri Elton Məmmədov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyanın, Elmira Axundova, Fuad Muradov isə MDB İcraiyyə Komitəsinin müşahidəçilər qrupunun tərkibində prosesə qatılacaq.
Milli Məclisin üzvləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər.
Səfər dekabrın 5-də başa çatacaq.