...

Avropa İttifaqının Azərbaycan üzrə yeni layihələrinin təqdimatı keçirilib

Siyasət Materials 3 Dekabr 2012 11:57 (UTC +04:00)
Bu gün Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Azərbaycanda İİV və AİDS (QİÇS) layihələrinin təqdimatı keçirilib.
Avropa İttifaqının Azərbaycan üzrə yeni layihələrinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Azərbaycanda İİV və AİDS (QİÇS) layihələrinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia QİÇS-in (qazanılmış immun çatışmazlığı sindromu) dünyada törətdiyi fəsadlardan danışıb. O qeyd edib ki, insanlar, hətta uşaqlar bu xəstəlikdən ölməkdə davam edirlər.

Kobia deyib ki, Aİ müxtəlif formalarda bu xəstəliyin qarşısının alınmasına dəstək göstərir. O, insanların bu xəstəlik haqqında xəbərdar edilməsinin və bu xəstəliyə tutulan insanların lazımi müalicə almasının vacibliyini bildirib.

Kobianın sözlərinə görə, Aİ bu istiqamətdə Azərbaycanda 7 layihə maliyyələşdirir. Bu layihələr yerli QHT-lər tərəfindən həyata keçirilir.

Daha sonra tədbirdə çıxış edən Lider Qadınlar İctimai Birliyinin nümayəndəsi "Azərbaycanda kənd yerlərində gənc qadınlar arasında İİV/AİDS profilaktika proqramı: təhsil, məlumatlandırma və imkanların artırılmasına istiqamətlənən sosial və mədəni yanaşma" layihəsini təqdim edib.

Layihəyə əsasən 1800 respondent arasında sorğu keçirilib. Onların 69,5 faizi bu xəstəliklər haqqında məlumatları olduqlarını, 28,5 faizi isə hər hansı məlumatları olmadığını deyib. 95,1 faiz İİV-in, 94,1 faizi AİDS-in nə demək olduğunu bilməyib.

Tədbirdə Aİ-nin maliyyələşdirdiyi digər layihələr haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti