...

Rusiya və Azərbaycan HDQ Xəzərdə birgə təlim keçirəcəklər

Siyasət Materials 3 Avqust 2015 17:23 (UTC +04:00)
Rusiyanın Hərbi Dəniz Donanması (HDD) ilin sonunadək Xəzər dənizində 2 beynəlxalq təlim keçirəcək. Təlimlərdə Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) iştirak edəcək.
Rusiya və Azərbaycan HDQ Xəzərdə birgə təlim keçirəcəklər

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Rusiya Hərbi Dəniz Donanması (HDD) ilin sonunadək Xəzər dənizində 2 beynəlxalq təlim keçirəcək. Təlimlərdə Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) də iştirak edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə RF HDD-nin baş komandanı, admiral Viktor Çirkov bildirib.

Beynəlxalq hərbi oyunlar çərçivəsində avqustun 3-dən 15-dək Xəzər dənizində ilk dəfə hərbi gəmi heyətləri və dəniz piyadalarının şəxsi heyətləri arasında "Xəzər Kuboku - 2015" və "Xəzər Derbisi - 2015" müsabiqələri keçirilir.

V.Çirkov "Xəzər Kuboku - 2015" və "Xəzər Derbisi - 2015" beynəlxalq ordu yarışlarının açılış mərasimində deyib: "2015-ci ilin sonunadək Xəzər dənizi akvatoriyasında ən azı 2 beynəlxalq hərbi-dəniz təlimlərinin keçirilməsi planlaşdırılır".

O, əlavə edib ki, bu təlimlərdən biri üçtərəfli - Rusiya HDQ-nin Xəzər donanması, Qazaxıstan və Azərbaycan HDQ-nin, digəri isə ikitərəfli - Rusiya və Azərbaycan HDQ-nin iştirakı ilə keçiriləcək: "Bu təlimlər zamanı Xəzər dənizi akvatoriyasında sabitliyin möhkəmlənməsi və istənilən təhlükə mənbəyinin ləğv edilməsi məqsədilə qarşılıqlı fəaliyyət spektri öyrəniləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti