...

Fazil Qəzənfəroğlu: "Mitinqlərin səmərəsini görmürəm"

Siyasət Materials 10 Noyabr 2005 11:49 (UTC +04:00)

"Seçkilərdə məğlub olan müxalifətin mitinq keçirməklə nəyəsə nail olacağını düşünmürəm". Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.

"Görünür, onlar bununla özlərinə təsəlli tapırlar", - deyən F.Qəzənfəroğlu onu da qeyd edib ki, demokratik və şəffaf keçirilən seçkilərə etiraz etmək məntiqsizdir: "Tribunalardan seçkilərin nəticələrinə etiraz etmək və yenidən parlament seçkiləri keçirmək barədə çıxışlar müxalifətə heç də uğur gətirməyəcək".

Xəbər lenti

Xəbər lenti