...

Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq

Cəmiyyət Materials 30 Aprel 2015 12:35 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq.
Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxaçaq.

Gündüz hava əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Hava gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti