...

RYTN-in həbs edilən aparat rəhbəri ilə bağlı vəsatət qaldırılacaq

Cəmiyyət Materials 19 Noyabr 2015 11:51 (UTC +04:00)
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırılacaq.
RYTN-in həbs edilən aparat rəhbəri ilə bağlı vəsatət qaldırılacaq

Bakı. Trend:

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbs edilən Aparat rəhbəri Vidadi Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, yaxın günlərdə müdafiə tərəfi vəsatəti məhkəməyə təqdim edəcək.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti