...

Beyləqan gənclərinin intellekti yoxlandı (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2016 13:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsi Beyləqan rayonunda da davam etdirilib.
Beyləqan gənclərinin intellekti yoxlandı (FOTO)

Bakı-Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsi Beyləqan rayonunda da davam etdirilib. Təşkilatın ictimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunda gənclər arasında milli mövzuları əhatə edən suallardan ibarət paketlə “Xəmsə” intellektual oyun növü üzrə yarış keçirilib.

Tədbir Beyləqan rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə baş tutub. Tədbirdə iştirak edən Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Yafəs Hüseynli intellektual oyunların əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzulayıb.

Layihə komandası tərəfindən start verilən turnirə gənclərdən ibarət 10 komanda qatılıb. Gərgin mübarizə şəraitində baş tutan intellektual turnirdə müvafiq olaraq I Aşıqlı “Lion” komandası I, şəhər 1 saylı məktəbin “MAG” komandası II, şəhər 2 saylı məktəbin Mil komandası isə III yerin sahibi olublar. Qaliblər diplomlarla təltif olunublar.

Layihə Azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti