...

UEFA müfəttişi Asim Xudiyev UEFA Kubokunun "Bolton-Sevilya" matçının təftişini aparacaq

Cəmiyyət Materials 9 Noyabr 2005 15:50 (UTC +04:00)

UEFA müfəttişi Asim Xudiyev UEFA Kubokunun qrup mərhələsinin dekabrın 14-də keçiriləcək "Bolton-Sevilya" matçının təftişini aparacaq.

Bu mövsümdə 5 oyunu təftiş etmiş A.Xudiyevin Trend ə verdiyi məlumata görə, İngiltərədə keçiriləcək görüşə müfəttiş təyin olunması onun üçün gözlənilməz olub. "Fikrimcə, Avropa Futbol Birliyi işimdən razıdır və yeni təyinat da buna dəlalət edir. Artıq məlumdur ki, qarşılaşmanın komissarı Danimarka nümayəndəsi olacaq, hakimlər briqadasının tərkibi isə daha sonra elan ediləcək.

Xatırladaq ki, A.Xudiyev həm də Çempionlar Liqasının ikinci ilkin mərhələsinin "Dinamo" (Kiyev) - "Tyun" matçını, həmçinin, dünya çempionatı-2006-nın Gürcüstan-Ukrayna seçmə matçını təftiş edib.

Xəbər lenti

Xəbər lenti