...

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov dünya Kubokunun açılışı mərasimində iştirak edəcək

Cəmiyyət Materials 26 Noyabr 2005 15:11 (UTC +04:00)

Azərbaycan qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov noyabrın 26-da Xantı-Mansiyskdə keçirilən dünya Kubokunun açılış mərasimində iştirak edəcək.

Trend bildirir ki, tədbirdə həmin muxtar vilayətin qubernatoru Aleksandr Filipenko və FIDE-nin prezidenti Kirsan İlyumcinov çıxış edəcək. Yarışlarda 1 mln. 572 min ABŞ dolları həcmində ümumi mükafat fondu uğrunda isə 48 dövlətdən 128 şahmatçı qüvvəsini sınayacaq. Burada 2007-ci il dünya çempionatının final turuna çıxış hüququ uğrunda iddiaçı oyunların iştirakçılarının seçimi olacaq.Bu yarışa vəsiqəni Argenitinanın San-Luis şəhərində artıq oyunçuların ilk dördlüyü əldə edib: Veselin Topalov, Vişvanatan Anand, Pyotr Svidler və Aleksandr Morozeviç.

Xatırladırıq ki, dünya Kubokunun ilk oyununda T.Rəcəbov argentinalı Diyeqo Flores ilə, Ş.Məmmədyarov isə qazaxıstanlı Nurlan İbrayevlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti