...

Bakıda hacı Allahşükür Paşazadənin şeyxülislam kimi fəaliyyətinin 25 illiyi qeyd olunur

Cəmiyyət Materials 20 Dekabr 2005 12:00 (UTC +04:00)
Bakıda hacı Allahşükür Paşazadənin şeyxülislam kimi fəaliyyətinin 25 illiyi qeyd olunur

"Bütün Qafqaz müsəlmanlarının şeyxülislamı hacı Allahşükür Paşazadənin öz xalqına uzun illər boyu sadiq xidmət etməsi gələcək nəsillər üçün böyük örnəkdir". Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 20-də şeyxülislamın fəaliyyətinin 25 illiyinə həsr olunmuş beynəlxalq elmi-təcrübi konfransda çıxışında bütün Gürcüstanın katalikosu-patriarxı II İliya bəyan edib.

Şeyxülislama müraciət edən dini lider bildirib ki, regionda sülh və sabitlik uğrunda bir mübariz kimi onun rolu artıq çoxdandır ki, Azərbaycan sərhədlərini keçib. "Siz siyasi dəyişikliklərlə müşayiət olunan mürəkkəb yol keçmisiniz", - deyə o qeyd edib. Onun sözlərinə görə, bu gün Qafqaz xalqları siyasi proseslər dövründə yaşayır, Azərbaycan və Gürcüstanın ərazi bütövlü yü məsələsi isə hələ öz həllini tapmayıb. "Lakin biz gələcəyə ümidlə baxır və ədalətin qələbə çalacağına inanırıq", - deyə II İliya vurğulayıb.

O qeyd edib ki, bu gün Gürcüstanda 230 məscid, həmçinin, dini məktəblər fəaliyyət göstərir. Azərbaycanla Gürcüstan arasında qardaş və dost münasibətlər gələcəkdə daha da inkişaf edəcək və möhkəmlənəcək. Dini lider şeyxülislama Gürcüstan prezidenti Mixail Saakaşvilinin təbrik məktubunu çatdırıb.

Qeyd edək ki, konfransın işində Azərbaycanda, Qafqazda və ondan kənarda fəaliyyət göstərən müxtəlif dini qurumların liderləri, Türkiyə, Almaniya, İran, Rusiya, Vatikan və digər ölkələrin nümayəndə heyəti iştirak edir. Birgünlük konfransda məşhur alimlər şeyxülislamın 25 illik fəaliyyəti, onun Qafqazın dini icmaları arasında sülh və sabitliyin bərqərar olmasında rolu haqqında məruzə ilə çıxış edəcək.

Konfransda, həmçinin, prezident İlham Əliyevin şeyxülislama təbrik məktubu da oxunub.

Xəbər lenti

Xəbər lenti