...

"Qəbələ" "Neftçi"ni də sıradan çıxartdı (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 17 Aprel 2015 21:57 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
"Qəbələ" "Neftçi"ni də sıradan çıxartdı (ƏLAVƏ OLUNUB-2)

"Neftçi" - "Qəbələ" oyunu ilə bağlı məlumat əlavə olunub (ilk xəbər 18:04-də yayılıb)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilib.

Trend-in məlumatına görə, AZAL "Sumqayıt"ı sınağa çəkib. Oyunda hesabı "təyyarəçilər" açıblar - 75-ci dəqiqədə Valeri Kutsenko rəqib qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib - 1:1.

"Bakı" "İnter"i qəbul edib. "Bankirlər" oyuna daha fəal başlayıblar - 10-cu dəqiqədə Derlis Meza Kolli fərqlənib. 56-cı dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi artırıb. Son saniyələrdə isə Nurlan Novruzov təsəlli qolunu vurub - 1:2.

"Simurq" isə Zaqatalada lider "Qarabağ"ı qəbul edib. Oyunun taleyini Ağdam təmsilçisinin futbolçusu Muarem Muarem həll edib - 18 (0:1), 80 (0:2)

"Neftçi" öz meydanında "Qəbələ" ilə görüşüb. Son turlarda ardıcıl qələbə qazanan qəbələlilər paytaxt klubu qarşısında da aciz qalmayıblar 1:3.

Beləliklə, "Qarabağ" 60 xalla 1-ci, "İnter" 50 xalla 2-ci, "Neftçi" isə 46 xalla 3-cüdür. 43 xallı "Qəbələ" 4-cü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti