...

İtaliyalı gimnastlar: Çox şadıq ki, Bakıdakı Dünya Kubokunun finalında çıxış etmək şansı qazandıq

İdman Materials 28 Aprel 2017 20:27 (UTC +04:00)
Çox şadıq ki, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında çıxış etmək şansı qazandıq.
İtaliyalı gimnastlar: Çox şadıq ki, Bakıdakı Dünya Kubokunun finalında çıxış etmək şansı qazandıq

Bakı. Ləman Zeynalova - Trend:

Çox şadıq ki, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında çıxış etmək şansı qazandıq.

Trend-in məlumatına görə, bunu İtaliyanın gimnastika komandası deyib: "Yəqin ki, bu bizim Olimpiadadan sonra ən yaxşı çıxışımızdır".

İtaliyalı gimnastların sözlərinə görə, Bakıdakı Dünya Kubokunda qazandıqları təcrübə onlara sonrakı yarışlarda da kömək edəcək.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti