...

Vergilər Nazirliyində vergi risklərinin təhlili üçün yeni idarə yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2016 18:32 (UTC +04:00)
Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb.
Vergilər Nazirliyində vergi risklərinin təhlili üçün yeni idarə yaradıldı

Bakı. İlahə Məmmədli - Trend:

Vergilər Nazirliyində Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb. İlkin Vəliyev idarəyə rəhbər təyin edilib. Bunu Trend-ə Vergilər Nazirliyindən deyiblər.

İ.Vəliyev daha əvvəl İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsini tutub. Hazırda bu vəzifə vakant qalır.

Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi də dəyişdirilib. İdarəyə Orxan Musayev rəhbər təyin edilib. O.Musayev bu struktur bölməsində rəis müavini işləyib. Bu idarənin əvvəlki rəhbəri Ələkbər Məmmədov hazırda Vergilər Nazirliyinin Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviridir.

Struktur dəyişiklikləri çərçivəsində İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, eləcə də Vergi auditi və operativ nəzarət baş idarəsi indi idarələrə çevriliblər. Vergi auditi və operativ nəzarət idarəsinin rəisi əvvəlki kimi Toğrul Quliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti