...

"AtaTexnologiya" əməkdaşları "Barama HackDay 2016" yarışmasında birinci oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 09:46 (UTC +04:00)
“AtaTexnologiya” MMC-nin əməkdaşları “Barama HackDay 2016″ yarışmasında birinci oldu.
"AtaTexnologiya" əməkdaşları "Barama HackDay 2016" yarışmasında birinci oldu (FOTO)

Bakı. Trend:

"AtaTexnologiya" MMC-nin əməkdaşları "Barama HackDay 2016″ yarışmasında birinci oldu.

"AtaTexnologiya" MMC-nin əməkdaşları Azercell Telekom MMC-nin keçirdiyi "Barama HackDay 2016″ yarışmasında birinci oldu.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə "Barama HackDay 2016" layihəsi martın 10-dan etibarən gənc proqramçıları bir araya toplayıb. Barama HackDay 2016 tədbirinə ilkin olaraq hər komandada 3 nəfər olmaqla 43 komanda müraciət edib və münsiflər heyyətinin qiymətləndirməsindən sonra 13 komanda yarışmada iştirak hüququ qazanıb.

Yarışmada iştirak edən komandalara "qida" sektoru ilə bağlı mövzu təqdim olunub. Komandalara verilən mövzuya uyğun olaraq 36 saat ərzində web resurs yaratmaq tapşırılıb.

14 mart tarixində baş tutan mükafatlandırma tədbirində hər bir komanda 5 dəqiqədən çox olmayaraq hazırladıqları resursları münsiflər heyyəti qarşısında təqdim ediblər.

Tədbirin sonunda "WorksOnMyMachine" komandası 1-ci yerə layiq görülüb.

Qalib komanda üzvləri Önər Əlili, Eldar Ələsgərov, Rauf Əliyev "Huawei Mate S" smartfonları ilə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti