...

BVF Azərbaycanın Milli bankına çevik məzənnə siyasətini davam etdirməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 13:37 (UTC +04:00)

Azərbaycanın Milli bankı 2006-cı ildə də milli valyutanın dollara olan məzənnəsinin müəyyən dərəcədə möhkəmləndirilməsi imkanını istisna etmir. AMB-nin baş direktoru Şahmar Mövsümov Trend ə bildirib ki, AMB-nin siyasəti istehlakçı qiymətlərinin sabitliyinə əsaslanır və buna görə də məzənnənin tənzimlənməsi ikinci dərəcəli məqsəddir. "Amma bu il böyük valyuta axını nəticəsində müəyyən möhkəmlənmə müşahidə olunub. Gələn il də müəyyən möhkəmlənmə olacağı tamamilə mümkündür"-deyə Ş.Mövsümov qeyd edib.

Bununla belə, o, hesab edir ki, AMB məzənnənin tənzimlənmə siyasətini aparmır, məzənnə özü idarə olunur.2005-ci il ərzində mübadilə məzənnəsi 6,3-6,4% möhkəmlənib. "Bu AMB-nin siyasəti ilə bağlı deyildi. Biz inflyasiya prosesini izləyirdik"-deyə baş direktor qeyd edib.

Maliyyə naziri Əvəz Ələkbərov Trend ə bəyan edib ki, ilin yekunlarına əsasən, inflyasiya 9,7-9,8% səviyyəsində gözlənilir.

Xəbər lenti

Xəbər lenti