...

Caspian Drilling Company "Şahdəniz"də 4-cü quyuda qazma işlərini başa çatdırıb

Energetika Materials 7 Dekabr 2005 17:08 (UTC +04:00)

Azərbaycan-Amerika Caspian Drilling Company birgə müəssisəsi (BM) Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağında 4-cü qabaqlama quyusunun qazılmasını başa çatdırıb. Bu barədə Trend ə layihənin operatoru olan BP-dən məlumat verilib. Quyunun dərinliyi 6189 metr təşkil edir.

Şirkətin nümayəndəsinin sözlərinə görə, hazırda quyuda geofiziki tədqiqatlar və digər müvafiq işlər aparılır və onlar 2006-cı ilin yanvarına kimi davam edəcək.

Quyunun qazılması şirkətə məxsus "İstiqlal" qurğusu tərəfindən həyata keçirilib.

Avqustun 4-də BP Xəzər dənizinin Azərbaycan sektorunda "İstiqlal" və "Dədə Qorqud" qazma qurğularının istifadəyə verilməsi üzrə ( "Azəri-Çıraq-Güneşli", "Şahdəniz" və "İnam" layihələrinin operatoru) Global Santa Fe (GSF), ARDNŞ-lə birgə Caspian Drilling Company ilə yeni müqavilənin imzalanmasını elan edib. Müqavilənin dəyəri təqribən $250 mln təşkil edir.

Xəbər lenti

Xəbər lenti