...

Nar Mobile-dan "Yeni telefonla Yeni ili qarşıla" kampaniyası

Telekommunikasiya Materials 19 Dekabr 2014 18:45 (UTC +04:00)
“Nar Mobile” istifadəçilərə mobil telefonlarını yeniləmək üçün mükəmməl bir fürsəti təklif etməkdə davam edir.
Nar Mobile-dan "Yeni telefonla Yeni ili qarşıla" kampaniyası

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Nar Mobile" istifadəçilərə mobil telefonlarını yeniləmək üçün mükəmməl bir fürsəti təklif etməkdə davam edir.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, 2014-cü ilin 1-31 dekabr tarixləri arasında "Irshad Electronics" mağazalar şəbəkəsinə müraciət edərək istənilən smartfonu ilkin ödənişsiz alan hər bir kəs "Nar Mobile" mobil operatorundan bonuslar qazanacaq.

Qeyd edək ki, "Nar" nömrədən əlavə olaraq, hədiyyə paketinə alınmış smartfonun qiymətinin 50%-dən artıq bir hissəsi dəyərində şəbəkədaxili danışıq dəqiqələri və həmin smartfonun qiymətindən asılı olmaqla 250 Mb-dək İnternet daxildir.

Kampaniya çərçivəsindəki bonuslar yalnız "0" tarifi daxilində aktivdir və 6 ay ərzində verilir. Eyni zamanda, səsli zənglər "0" tarifinə əsasən hesablanacaqdır. Bonusların aktiv olması üçün balans hər ay ən azı 5 AZN dəyərində artırılmalıdır. Bonusları yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya "I" yazıb 777 qısa nömrəsinə mesaj göndərmək olar.

Əlavə məlumati rəsmi İnternet səhifəmizdən əldə edə bilərsiniz:
https://www.narmobile.az/pages/default/pageName=campaigns_catalog&id=673/

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile" Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti