...

Azərbaycanda ötən ay AVSMMİS üzrə 75 minə yaxın müqavilə imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2014 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin sentyabr ayında 74,936 avtonəqliyyat vasitəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına (AVSMMİS) cəlb olunub. Trend-in İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata görə, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 milyon manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,2%, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib.

Ümumilikdə cari ilin ilk 9 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 688 mindən çox sığorta müqaviləsi bağlanıb və həmin müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 51,7 milyon manat təşkil edib.

2014-cü ilin ilk 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,92%, sığorta haqlarının məbləğində isə 6,1% artım müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti