Azərbaycan, Bakı, 09 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması "Zülfü Hacıyev" gəmisinin təmir olunmasına lazım olan ehtiyat hissələrinin əldə olunması üçün açıq tender elan edib.
Avadanlığın göndərilməsi və ehtiyat hissələrinin yük təhvil alan şirkətə müqavilə imzalandığı gündən üç aydan gec olmayaraq çatdırılması tələb olunur. Avadanlığın və ehtiyat hissələrinin qiyməti yükün daşınmasından sonra, bir il ərzində hissələrlə ödəniləcək.
Tender iştirakçıları iştirak barədə müraciət və digər sənədləri "Xəzərdənizneftdonanması"na 2008-ci ilin mayın15 -dən gec olmayaraq təqdim etməlidir.
Qiymətləndirmə zamanı təkliflərə bu meyarlar əsasında üsünlük veriləcək: ehtiyat hissələrinin qiyməti, xüsusi təcrübə (gəmiləri ehtiyat hissələrilə təhciz etmə sahəsində), göndərilmə müddəti.
Tender təklifləri 2008-ci ilin mayın 22- dək qəbul olunacaq və 2008-ci il 23 may saat 11.00 -da
"Xəzərdənizneftdonanması"nın binasında açılacaq.