...

Azərbaycan və BAEA "Metsamor" AES-in təhlükəsini müzakirə ediblər

Energetika Materials 16 May 2012 18:59 (UTC +04:00)
Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) çərşənbə günü Bakıda Ermənistanın "Metsamor" atom elektrik stansiyasının (AES) region üçün təhlükəsini müzakirə ediblər.
Azərbaycan və BAEA "Metsamor" AES-in təhlükəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) çərşənbə günü Bakıda Ermənistanın "Metsamor" atom elektrik stansiyasının (AES) region üçün təhlükəsini müzakirə ediblər. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Müzakirələr Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov və BAEA-nın Daxili Nəzarət Xidməti İdarəsinin rəhbəri Karsten Mayerin görüşü zamanı aparılıb.

Görüş zamanı Abbasov "Metsamor" AES-in qəzalı vəziyyətini və onun bütün region üçün təhlükəsini xüsusən qeyd edib. AES-də qəzaların fəsadlarına nümunə kimi Yaponiyada "Fukusima-1" stansiyasında baş verən qəza göstərilib.

Nazir müavini qeyd edib ki, BAEA bu stansiyanın bağlanması üçün səy göstərməlidir.

Görüş zamanı tərəflər "Energetika üzrə baş milli planın inkişafı" və "Atom enerjisindən istifadəyə dəstək" layihələrini, həmçinin gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti